"Neftçi İdman Klubu"nun İdarəetmə Aparatında dəyişiklik olub.Sport1.az-a daxil olan məlumata görə, Sadıq Sadıqovun vəzifə öhdəlikləri azaldılıb. O, İdarəetmə Aparatının rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Sadıq bəyi burada Fərəc Əliyev əvəz edib. Yeni rəhbər "Qaradağ Lökbatan" futbol klubuna, basketbol və voleybol komandalarına nəzarət edəcək.
Qeyd edək ki, Fərəc Əliyev 2024-cü ilin dekabrından "Neftçi İdman Klubu"nun İdarə Heyətinin sədrinin müşaviri vəzifəsini icra edirdi.