Azərbaycan Basketbol Liqasında 2-ci tur arxada qaldı.
Sport1.az xəbər verir ki, “Sabah” doğma divarlar arasında NTD-ni darmadağın etdi (133:65).
Qarşılaşmanın ən yaxşılarından olan Masazır klubunun legioneri Kiz Cordan görüşlə bağlı saytımıza açıqlamasında bunları söylədi:
“Oyuna yaxşı hazırlaşmışdıq. Qələbə üçün bütün gücümüzü ortaya qoyduq. Tablodakı hesabdan da bilmək olur ki, qalibiyyətə fokuslanmışdıq. Azərbaycanın basketbol üzrə güclülər dəstəsi mənim üçün həm yenilik, həm də fərqlilikdir. Çempionatınıza uygunlaşmağa çalışıram. Düşünürəm ki, ölkənizdəki çıxışım karyerama müsbət çalarlar qatacaq”.Basketbolçu Çempionlar Liqasında qarşılaşacaqları “Alba Berlin”lə oyunla bağlı da danışdı:
“Təbii ki, Çempionlar Liqası ilə Azərbaycan Basketbol Liqasının səviyyəsi eyni deyil. Buna rəğmən, aqressivlik sərgiləməli və qələbəyə fokuslanmalıyıq. Bizi Almaniya təmsilçisi ilə çox çətin duel gözləyir”. MİRZƏ S.