"Landau Lions" bu gün avrokuboklarda mübarizəyə start verir.
Sport1.az xəbər verir ki, təmsilçimiz FİBA Çempionlar Liqasının II təsnifat mərhələsində "VEF Riqa" (Latviya) ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.
Qarşılaşmada qalib gələn tərəf "Opava" (Çexiya) - "Dziki" (Polşa) cütünün güclüsü ilə üz-üzə gələcək.
Uduzan komanda isə yoluna Avropa Kubokunun G qrupunda davam edəcək.
FİBA Çempionlar Liqası. II təsnifat mərhələsi.
15:15 "VEF Riqa" (Latviya) - "Landau Lions" (Azərbaycan)
Samokov, Bolqarıstan.