"Turan Tovuz" Misli Premyer Liqasının 5-ci turunda "Araz-Naxçıvan"la qarşılaşıb.
Sport1.az xəbər verir ki, həmin qarşılaşmadan sonra Qərb təmsilçisi həkimin təyin etdiyi penalti epizodu ilə bağlı bəyanat yayıb.
Klub sosial şəbəkə hesabında paylaşdığı etiraz mətnində vurduqları qolun sayılmadığını belə iddia edib:
"5 dəqiqə VAR-da incələnməsinə baxmayaraq qapımıza gülünc penalti təyin olunur.
Klub olaraq hər iki cəbhədə mübarizəmizi davam etdiririk.
Klubumuza qarşı edilən haqsızlıqları həm siz – dəyərli azarkeşlərimiz, həm də futbol ictimaiyyəti aydın şəkildə görür.
Belə məqamlarda ən böyük gücümüz sizin dəstəyiniz və komandamızın ətrafında birliyimizdir.
Sizdən xahiş edirik ki, hər zaman olduğu kimi, bu mübarizədə də komandamızın və klubumuzun yanında olasınız.
"Turan" ailəsi olaraq mübarizəmizi birlikdə davam etdirəcəyik!"
Xatırladaq ki, qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.