SON DƏQİQƏ
Avropa Taekvondo Birliyinin (European Taekwondo Union) 50 illik yubileyi münasibətilə Avropanı təmsil edən 8 Paralimpiya və Olimpiya çempionuna xüsusi mükafat təqdim olunub.
Sport1.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatı çərçivəsində baş tutan mükafatlandırma mərasimində Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalçısı İmaməddin Xəlilov da xüsusi mükafata layiq görülüb.