
Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Zaur Axundov Xankəndi stadionu ilə tanış olublar.
Sport1.az xəbər verir ki, adıçəkilən rəsmi şəxslər Xankəndidə yerləşən stadionda aparılan təmir və yenidənqurma işləri ilə tanış olublar.
Baxış zamanı stadionun infrastrukturu, yenilənən sahələri və görülən işlərin gedişi barədə məlumat verilib.
Qeyd edək ki, stadionda aparılan təmir işləri idman obyektinin müasir tələblərə uyğunlaşdırılması məqsədi daşıyır.